Dərc edildi: Baxış sayı: 467
Avropa Liqasının oyunu küləyə görə təxirə salındı
UEFA Avropa Liqasında Latviyanın "Riqa" və San-Marinonun "Tre Fiori" komandaları arasındakı matç 8-ci dəqiqədə dayandırılıb.
"Report"un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, buna güclü külək səbəb olub.
Təşkilatçılar komandalar və yerli hakimiyyət nümayəndələri ilə müzakirələrdən sonra oyunu bərpa etməməyi qərara alıblar. Onlar qarşılaşma iştirakçılarının təhlükəsizlikləri naminə bu addımı atıblar.
Matçın yeni tarixi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, oyun "Skonto" stadionunda keçirilib. Görüş dayandırıldığı vaxt hesab bərabər olub - 0:0.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət