Avropa Liqasının final oyunu ilə əlaqədar AZAL Böyük Britaniyadan Bakıya çarter aviareysləri təşkil…
Bakıda may ayının 29-da keçiriləcək UEFA Avropa Liqasının 2018/19 mövsümünün final oyunu ilə əlaqədar aviareyslərə olan tələbatı təmin etmək üçün “Azərbaycan Hava Yolları” QSC (AZAL) və başqa aviaşirkətlər tərəfindən Böyük Britaniyadan Bakıya 40-dan çox çarter reysinin həyata keçirilməsi planlaşdırılır. Bunu ONA-ya AZAL-ın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.
Onun sözlərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün xidmətləri gücləndirilmiş iş rejimində çalışacaq. Hava limanında reyslərin və terminallarda böyük insan kütləsinin maneəsiz keçməsi üçün bütün şərait yaradılacaq.
Qeyd edək ki, Bakıda keçiriləcək final oyununda Londonun iki təmsilçisi – “Arsenal” və “Çelsi” qarşılaşacaq. Matçda 30-35 minə yaxın xarici azarkeşin iştirakı gözlənilir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət