Slimfit
  1. İDMAN

Avropa Liqası: Polşa klubu pley-offa yüksəldi

Avropa Liqası: Polşa klubu pley-offa yüksəldi
Sakura

Avropa Liqası: Polşa klubu pley-offa yüksəldi

UEFA Avropa Liqasında III təsnifat mərhələsinə start verilib. 

Ens.az Report.az-a istinadən xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Kiprdə "Apollon" klubu Polşa "Lex"ini qəbul edib. Görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0. İlk yarıda cəmi 1 qol vurulduğu halda, fasilədən sonra meydan sahibləri daha 4 dəfə məyus olublar. 

Cütün taleyi bir oyundan ibarət olduğu üçün "Lex" pley-off mərhələsinə yüksəlib. Növbəti rəqibi isə "Şarlerua" (Belçika) / "Partizan" (Serbiya) duelinin qalibi olacaq. 

23 sentyabr

Avropa Liqası
III təsnifat mərhələsi

20:00. “Apollon” (Kipr) - “Lex” (Polşa) - 0:5

Qollar: Pedro Tiba, 42; 90+2. Mikael İşak, 47. Yakub Kaminski, 58. Sikora, 81

Qeyd edək ki, Avropa Liqasında III təsnifat mərhələsinin digər oyunları sentyabrın 24-də gerçəkləşəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR