Slimfit
  1. İDMAN

Avropa Liqası kubokunun Bakıya gətiriləcəyi tarix müəyyənləşib

Avropa Liqası kubokunun Bakıya gətiriləcəyi tarix müəyyənləşib
Sakura

Avropa Liqası kubokunun Bakıya gətiriləcəyi tarix müəyyənləşib

 UEFA Avropa Liqasının kuboku Avropanın bir sıra şəhərlərində sərgilənəcək.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, sərgi xeyriyyə məqsədi daşıyacaq. Kuboku izləməyə gələn azarkeşlər və futbolçular istifadə olunmuş və geyinmək istəmədikləri ayaqqabılarını İordaniyadakı suriyalı qaçqınlar üçün bağışlaya biləcəklər.

Turnirin kuboku ilk olaraq martın 5 - 9-da İsveçrənin Cenevrə, martın 22-23-də İspaniyanın Sevilya şəhərində, martın 29-30-da isə Almaniyanın paytaxtı Berlində nümayiş olunacaq.

Kubok 5-6 apreldə İngiltərənin paytaxtı Londonda, 12 apreldə İtaliyanın Milan şəhərində, 20 apreldə Rusiyanın paytaxtı Moskvada, 10 mayda Fransanın paytaxtı Parisdə sərgiləndikdən sonra 16 mayda Bakıda olacaq. 

Səyahətdə Lotar MatteusDekuAndres Palop və Eydur Qudyonsen kimi ulduz futbolçular iştiraklarını təsdiqləyiblər.

Qeyd edək ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyanın ən bahalı evini Frenk Bakli tikib. İrland dizayneri tikinti materialı əvəzinə puldan istifadə edib

Redaktor seçimi

SON XƏBƏRLƏR