Dərc edildi: Baxış sayı: 544
Avropa Liqası: 'Arsenal' 'Valensiya'ya qarşı oyuna futbolçu itkisi ilə çıxacaq
İngiltərənin "Arsenal" klubu İspaniya "Valensiya"sına qarşı Avropa Liqasının ilk yarımfinal matçına futbolçu itkisi ilə çıxacaq.
"Report"un məlumatına görə, Aaron Remsi 2 may qarşılaşmasını zədə ilə əlaqədar buraxmalı olacaq.
Uelsli yarımmüdafiəçi aprelin 18-də İtaliyada "Napoli"yə 1:0 hesabı ilə qalib gəldikləri 1/4 final mərhələsinin cavab görüşündə dizaltı vətərindən xəsarət alıb. O, Premyer Liqada XXXV turun "Kristal Pelas"a 2:3 hesablı məğlubiyyətlə nəticələnmiş oyununda da iştirak etməyib.
28 yaşlı futbolçu cari mövsümün sonunda azad agent kimi "Yuventus"a keçəcək.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət