Dərc edildi: Baxış sayı: 494
Avropa kuboku yarışlarında Azərbaycanı 5 qadın cüdoçu təmsil edəcək
Aprelin 6-7-də İtaliyanın Liqnano şəhərində keçiriləcək gənclər arasında cüdo üzrə Avropa kuboku yarışlarında Azərbaycanı qadınların yarışında üç çəki dərəcəsində beş idmançı təmsil edəcək.
AZƏRTAC Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, qitə yarışlarında cüdoçularımız Şəfəq Həmidova, Ramilə Əliyeva (48 kq), Nərgiz Hacıyeva (57 kq), Diana Şoranova və Südabə Ağayeva (63 kq) güclərini sınayacaqlar.
Qitə kubokunda, ümumilikdə 35 ölkədən 600-dən çox idmançı mübarizə aparacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət