Dərc edildi: Baxış sayı: 138
Avropa Komissiyasının rəhbəri ikinci müddətə namizədliyini verəcək
Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen bu vəzifəyə yenidən namizədliyini irəli sürmək qərarına gəlib.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə “Bild in Russian” Telegram kanalı məlumat yayıb.
“65 yaşlı Ursula fon der Lyayen Avropa Komissiyasının sədri vəzifəsinə yenidən namizədliyini irəli sürmək qərarına gəlib. O, 2019-cu ildən bu postu tutur”, - nəşr yazır.
Avropa Komissiyasının növbəti tərkibi 2024-cü ilin noyabrında öz işinə başlayacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət