Avropa Komissiyasının layihə rəhbəri Bakı Mühəndislik Universitetində olub
Avropa Komissiyasının “Azərbaycanın ali təhsil sistemində tədqiqatın inkişafı və innovasiyanın gücləndirilməsi” layihəsinin rəhbəri Gulda Krzysztof və ekspert Jacek Gajevski Bakı Mühəndislik Universitetində (BMU) olublar.
AZƏRTAC xəbər verir ki, ali məktəbin rektoru, professor Havar Məmmədov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Bildirilib ki, müasir maddi-texniki bazaya və texnoparka malik olan universitet bir çox beynəlxalq layihələrdə iştirak edir.
Layihə haqqında məlumat verən Gulda Krzysztof qeyd edib ki, əsas məqsəd ali təhsil sistemində tədqiqatların inkişafı və innovasiya siyasətinin gücləndirilməsinə dəstək göstərməkdir.
Universitetin prorektorlarının da iştirak etdiyi görüşdə müvafiq layihə çərçivəsində birgə əməkdaşlıq istiqamətləri üzrə geniş müzakirələr aparılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət