Avropa Komissiyası Ukraynaya 75 milyon avro yardım ayırıb
Avropa Komissiyası (AK) “humanitar layihələr” üçün Ukraynaya 75 milyon, Moldovaya isə 8 milyon avro ayrıldığını açıqlayıb.
Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu barədə AK-nin saytında dərc olunan məlumatda deyilir.
“83 milyon avroluq humanitar maliyyə vəsaitindən: 75 milyon avrosu Ukraynadakı humanitar layihələrə ayrılıb. Moldovada humanitar layihələrə 8 milyon avro ayrılıb”, - hesabatda qeyd olunur.
Ukraynada humanitar layihələr təcili yardımın təmin edilməsinə, o cümlədən mənzil, mühafizə, təmiz su, təhsil və səhiyyə kimi əsas ehtiyacların əldə edilməsinə yönəlib. Moldovaya ayrılan pullar əhalinin ən həssas təbəqələrinə ünvanlı yardım göstərilməsinə yönəldilməlidir.
Avropa Komissiyasının məlumatına görə, bugünkü yardımla birlikdə Ukrayna münaqişəsi nəticəsində zərər çəkmiş mülki əhali üçün humanitar proqramlara ayrılan vəsaitin həcmi 926 milyon avroya çatır. Bunlardan 860 milyon avrosu Ukraynaya, 66 milyon avrosu isə Moldovaya ayrılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət