Slimfit
  1. İQTİSADİYYAT

Avropa Komissiyası Aİ-də karbon tullantılarını 55% azaltmağı təklif edib

Avropa Komissiyası Aİ-də karbon tullantılarını 55% azaltmağı təklif edib
Sakura

Avropa Komissiyası Aİ-də karbon tullantılarını 55% azaltmağı təklif edib

Avropa Komissiyası (AK) 2030-cu ilə qədər Avropa İttifaqı (Aİ) ərazisində karbon tullantılarının həcmini 1990-cı illə müqayisədə 55% azaltmağı təklif edib.

Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Avropa Parlamentinin iclasında Avropa İttifaqındakı işlərin vəziyyətinə dair illik çıxışı zamanı bildirib.

“Avropa Komissiyası 2030-cu ilə qədər karbon tullantılarının həcminin azaldılmasını 55%-dək yüksəltməyi təklif edir. Bu, əvvəlki hədəfimiz olan “2030-cu ilə qədər 40%”dən xeyli çoxdur”, - o deyib.

AK rəhbəri həmçinin qeyd edib ki, 750 milyard avroluq iqtisadiyyatın bərpası proqramına (NextGeneration EU) 30% həcmində, eləcə də “yaşıl energetika” layihələrinə yatırım etmək niyyətindədirlər.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR