Dərc edildi: Baxış sayı: 303
Avropa İttifaqından sərhəddəki insidentlə bağlı ÇAĞIRIŞ
Bakı və İrəvan sərhədin delimitasiyası ilə bağlı danışıqları aktivləşdirməlidir, Avropa İttifaqı (Aİ) prosesi dəstəkləməyə hazırdır.
Ens.az Redaktor.az-a istinadən xəbər verir ki, bu barədə Aİ Xarici İşlər Xidmətinin çərşənbə günü Brüsseldə Azərbaycan və Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı yaydığı bəyanatda deyilir.
“Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı 2022-ci ilin oktyabrında Praqada götürülmüş öhdəliklərə hörmət edilməlidir. Aİ həmçinin sərhədlərin delimitasiyası danışıqlarını aktivləşdirməyə çağırır və bu prosesi dəstəkləməyə hazırdır” - mətndə qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət