Slimfit
  1. AZƏRBAYCAN

Avropa İttifaqı Transxəzər qaz kəmərinə investisiya cəlb etməyə hazırdır

Avropa İttifaqı Transxəzər qaz kəmərinə investisiya cəlb etməyə hazırdır
Sakura

Avropa İttifaqı Transxəzər qaz kəmərinə investisiya cəlb etməyə hazırdır

Avropa İttifaqının (Aİ) nümayəndələri Brüsseldə Türkmənistan nümayəndə heyəti ilə danışıqlarda Transxəzər qaz kəmərinin tikintisinə investisiya cəlb olunmasına kömək etməyə hazır olduqlarını bildiriblər.

"Report" Türkmənistan hökumətinin rusdilli "Neytral Türkmənistan" qəzetinə istinadən xəbər verir ki, Aİ Transxəzər qaz kəmərinin inşasına və Türkmənistan təbii qazının Avropa bazarına çatdırılmasına böyük maraq göstərib.

Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovun sözlərinə görə, Xəzərin hüquqi statusu haqqında Konvensiyanın qəbul edilməsi sayəsində qaz kəmərinin çəkilməsi üçün zəruri hüquqi əsas yaradılıb.

"İndi tələb olunan bu layihənin həyata keçirilməsi üçün yalnız layihə iştirakçılarının razılığı və sərt beynəlxalq tələblərə cavab verən ekoloji ekspertiza tələb olunur", - Türkmənistan lideri deyib.

Qeyd edək ki, Transxəzər qaz kəməri Türkmənistan təbii qazının azı 30 il ərzində Avropa bazarına çatdırılmasını nəzərdə tutur.

Türkmənistan və Azərbaycanın Xəzər dənizi sahilləri arasında qaz kəməri layihəsi Türkmənistanın Transanadolu qaz kəmərinə (TANAP) qoşulması üçün zəruridir. TANAP qaz kəməri isə Azərbaycan qazının Gürcüstandan və Türkiyədən keçməklə Yunanıstan sərhədinə çatdırılmasını və burada onun davamı olaraq Transadriatik boru kəməri (TAP) ilə Cənubi Avropaya qədər uzanmasını nəzərdə tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR