Slimfit
  1. DÜNYA

Avropa İttifaqı ölkələri COVİD-19-un mənfi təsirlərini azaltmaq istiqamətində öz şirkətlərini dəstəkləyir

Avropa İttifaqı ölkələri COVİD-19-un mənfi təsirlərini azaltmaq istiqamətində öz şirkətlərini dəstəkləyir
Sakura

Avropa İttifaqı ölkələri COVİD-19-un mənfi təsirlərini azaltmaq istiqamətində öz şirkətlərini dəstəkləyir

Avropa İttifaqı (Aİ) ölkələri COVİD-19-un mənfi təsirlərini azaltmaq istiqamətində öz şirkətlərini maliyyə mexanizmləri vasitəsilə dəstəkləyir.

Ens.Az AZƏRTAC-a istinadən bildirir ki, COVID-19 pandemiyası nətıcəsində Avropada vəziyyətin gərginləşməsi Aİ-ni bunun qarısını almaqdan ötrü sərt tədbirlər görməyə məcbur edib. Bu da yeni dövrdə çox ciddi iqtisadi tənəzzülə səbəb olub.

Brüsselin məsələyə reaksiyası uzun çəkməyib. Əvvəlcə o, üzv dövlətlərin məhdudiyyətsiz investisiya qoya bilməsi üçün onları maliyyə sahəsi ilə təmin edərək Sabitlik Paktının fəaliyyətini dayandırıb. Brüssel, həmçinin məhz ölkələrin öz şirkətlərinə birbaşa investisiya qoya bilməsi və böhranın dağıdıcı nəticələrinə davam gətirə bilməsi üçün dövlət yardımlarını və subsidiyaları tənzimləyən qaydaları da yumşaldıb.

O vaxtdan etibarən iştirakçı ölkələr kiçik, orta və böyük şirkətləri, eləcə də özünə işləyən şəxsləri dəstəkləmək məqsədilə onlarla sxem tətbiq ediblər. Böhrandan ən çox zərər çəkmiş sektorlar üçün yardım çərçivəsi yaradılıb, həmçinin pandemiya dövrü üçün zəruri olan tibbi avadanlıqların, test və digər infrastrukturların tədqiqi və hazırlanması üçün vəsait ayrılıb.

Lakin bu qərar Avropa yardım qaydalarının yan keçmək istədikləri mətləbləri, o cümlədən üzv dövlətlər arasında iqtisadiyyatı dəstəkləmək istiqamətində maliyyə imkanlarının qeyri-bərabər olmasını üzə çıxardı.

İspaniya Bankının verdiyi hesabata görə, İspaniya Avropadakı tərəfdaşları ilə müqayisədə öz şirkətlərinə birbaşa investisiya yatırımı baxımından geridə qalmış Aİ ölkələri sırasındadır.

Aİ ölkələri iqtisadiyyatın müxtəlif dəstək sistemlərinə üstünlük verirlər. Bir tərəfdən, bu, subsidiyalar və transferlər vasitəsilə birbaşa qoyulan investisiyalardır. Məsələn, Yunanıstan böhranın dağıdıcı təsirinə məruz qalan kiçik və orta şirkətləri dəstəkləmək üçün təxminən 1 milyard avro dəyərində fond yaradıb. Estoniya, İtaliya və Macarıstanda da analoji sistemlər tətbiq edilib.

Bundan əlavə, bir çox üzv dövlətlər pandemiyaya qarşı mübarizə sahəsində tədqiqatların və sınaqların aparılması, həmçinin tibbi ləvazimatların istehsalı üçün xeyli miqdarda vəsait ayırıblar.

Digər ölkələr böhranın kəskinləşdiyi vaxtlarda şirkətlərin likvidliyini artırmaq məqsədilə onların borclarını və ipoteka kreditlərini ödəyərək bəzi vergilərin yığılmasını təxirə salıblar. Bu sistem məsələn, COVİD-19 virusunun yayılmasının qarşısının alınması istiqamətində tətbiq olunan səfər məhdudiyyətləri səbəbindən daha çox ziyan çəkmiş aviaşirkətləri dəstəkləmək üçün Fransada istifadə edilib.

Qeyd edək ki, Belçika da Valloniya regionunda öz hava limanlarını dəstəkləmək məqsədilə konsessiya rüsumlarının ödənilməsini təxirə salmağı qərara alıb. İtaliya isə şirkətlər və özünə işləyənlər üçün 7,6 milyard avro məbləğində analoji sistem tətbiq edib.

Lakin ölkələrin öz şirkətlərini dəstək verməsinin əsas yolu Fransa və ya Almaniyada olduğu kimi, milli inkişaf bankları tərəfindən borclara və kredit xətlərinə verilən zəmanətdir.

Paris və Berlin şirkətlər və özünə işləyənlər üçün 800 milyard avrodan çox yardım sxemlərini işə salıb. Müqayisə üçün qeyd edək ki, ötən ilin iyulunda Aİ liderləri tərəfindən təsdiq edilmiş bərpa fondu 750 milyard dollar olub.

Bir çox digər ölkələr kimi, İspaniya da zəmanət və kreditlər, bəzi hallarda isə birbaşa köçürmələr, subsidiyalar vasitəsilə vergi ödənişlərinin gecikdirilməsi və şirkətlərin likvidliyinin dəstəklənməsi istiqamətində güzəştə gedib. Lakin bu məbləğ onun tərəfdaşları tərəfindən qoyulan investisiyalardan çox azdır.

Təkcə dövlət zəmanətlərindən istifadə etməklə bu sahəyə Almaniya 820 milyard avro, İtaliya 450 milyard, Fransa 300 milyard avro, İspaniya isə 140 milyard avro ayırıb.

Turizm, xidmət sahəsi, kənd təsərrüfatı və ixrac sektoru Aİ ölkələrinin dövlət investisiyaları hesabına dəstəklədiyi iqtisadiyyatın əsas aspektlərindəndir.

Məsələn, Danimarka COVID-19 pandemiyasına qarşı tətbiq olunan məhdudiyyətlərə görə dəymiş ziyanı ödəmək üçün 12 milyon avro məbləğində maliyyə vəsaitinə malik olan fond yaradıb. Latviya turizmin dəstəklənməsinə 19 milyon avro köçürüb. Finlandiya isə 120 milyon avro maliyyə vəsaiti məbləğində restoranlara yardım fondu təsis edib.

Lakin dövlət yardımından birbaşa faydalanan yeganə sektor nəqliyyat, xüsusilə də aviasiyadır. Danimarka və İsveç "SAS" Skandinaviya aviaşirkətinə 115 milyon avro məbləğində yardım edib. Fransa "Air France" şirkətinə təcili satış kimi 7 milyard avroya qədər, Almaniya "Lufthansa"nın yenidən kapitallaşdırılması üçün 6 milyard avro, Avstriya isə öz milli aviaşirkətinə dəstək məqsədilə 150 milyon avro məbləğində subordinasiya krediti ayırıb. Finlandiya "Finnair" aviaşirkətinə 258 milyon avro yardım edib. Kipr, Macarıstan, Rumıniya və Estoniya da aviasiya sektoruna maliyyə dəstəyi göstəriblər. Yaxın günlərdə İspaniya hökumətinin də bu təşəbbüslərə qoşulacağı bildirilir. Qeyd edək ki, İspaniya "Iberia" və "Air Europa" aviaşirkətinə dəstək proqramını təqdim etməyi proqnozlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR