Slimfit
  1. GÜNDƏM

Avropa İttifaqı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı bəyanat yaydı

Avropa İttifaqı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı bəyanat yaydı
Sakura

Avropa İttifaqı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı bəyanat yaydı

Avropa İttifaqı (Aİ) Ermənistanın Gəncəyə raket zərbələri endirməsini pisləyib.

Ens.az APA-nın xəbərinə istinadən xəbər verir ki, bu barədə Aİ nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin sözçüsü, Aİ-nin Avropa Xarici Fəaliyyət Xidmətinin mətbuat katibi Peter Stano bəyanat yayıb.

"Avropa İttifaqı oktyabrın 16-dan 17-nə keçən gecə Azərbaycanın Gəncə şəhərinə endirilən zərbələr nəticəsində mülki insan tələfatı və insanların ağır yaralanmasından təəssüf hissi keçirir. Tərəflər mülki insanları və mülki obyektləri hədəf almağı dayandırılmalıdır.

Oktyabrın 10-da razılaşdırılan atəşkəsə təxirə salınmadan tam riayət edilməlidir", bəyanatda qeyd olunub.

Qeyd edək ki, humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan ordusu 17 oktyabr saat 01:00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə yenidən raket zərbələri endirib, böyük dağıntı və insan tələfatı törədib.

İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb. Həlak olanlardan 3-ü uşaqdır.

Ermənistan ordusunun oktyabrın 10-da Gəncəyə raket hücumu nəticəsində isə 10 dinc sakin ölüb, 40-dan çox insan yaralanıb. Üç uşaq hər iki valideynini itirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR