Slimfit
  1. DÜNYA

Avropa İttifaqı dollardan imtina edir, plan artıq hazırdır

Avropa İttifaqı dollardan imtina edir, plan artıq hazırdır
Sakura

Bunun baş tutması üçün strateji sektorlarda avronun istifadəsinin artırılması məsləhət görülür

Avropa Komissiyası beynəlxalq hesablaşmalarda avronu daha cəlbedici etməyi planlaşdırır. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, avronun gücləndirilməsinə dair plan bu gün açıqlanıb.

Sənəddə qeyd olunur ki, valyutanın istifadəsi haqqında qərarı bazar iştirakçılarının özləri verməlidir və heç kəs onların azad seçim hüququnu məhdudlaşdırmaq niyyətində deyil. Lakin avronun rolunun güclənməsi beynəlxalq maliyyə sisteminin sabitliyini yüksəltməyə kömək edəcək, beynəlxalq iqtisadiyyatın sarsıntılara olan həssaslığını azaldacaq.

Avrodan qlobal anlamda daha geniş istifadə Avropa biznesi üçün xərcləri və riskləri azaldacaq, həmçinin şəxsi təsərrüfatlarda ödənən faiz dərəcələrini azaldacaq. Bunun baş tutması üçün strateji sektorlarda avronun istifadəsinin artırılması məsləhət görülür. Bura yanacaq (neft və qaz), faydalı qazıntılar, kənd təsərrüfatı məhsulları və nəqliyyat sahələri daxildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR