Dərc edildi: Baxış sayı: 574
Avropa istilərə tab gətirə bilmir - Göl qurudu
Avropanı təsiri altına alan hədsiz istilərin fəsadları ortaya çıxmağa başlayıb.
BAKU.WS TRT-yə istinadən xəbər verir ki, son günlər daha da artan isti və quru hava ölkənin şimalındakı Burqvedel (Burgwedel) gölünü tamamilə qurudub.
Hanover şəhərinin 30 kilometrlik məsafəsində yerləşən bu göldə balıqların hamısı ölüb.
Tarixinin ən yüksək isti havasını yaşayan Almaniyada termometrlər 42,6 dərəcə selsini göstərib.
Meteoroloqların sözlərinə görə, bu yay Avropanı biri iyunda olmaqla iki dəfə vuran isti hava dalğası qarşıdakı illərdə daha tez-tez və güclü şəkildə təkrar olunacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət