Dərc edildi: Baxış sayı: 773
Avropa bizi dəstəkləməlidir - İran
İqtisadi terrorizmə qarşı ölkə mənafeyini qorumaq üçün qanuni yollarla mübarizəni davam etdirəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif nüvə razılaşması yönündə ölkəsinin başlatdığı “2-ci Addım” planı ilə bağlı açıqlamasında deyib.
“ABŞ-ın nüvə razılaşmasından çıxmasından sonra bu saziş çərçivəsində öhdəliklərini yerinə yetirməkdə uğursuz olan Avropa ölkələri ən azından 36-cı maddəni əsas gətirərək Beynəlxalq Atom Enerjisi Agentliyində bizi dəstəkləməlidir”, - deyə Zərif bildirib.
Qeyd edək ki, İran nüvə sazişi ölkələrinə tələblərin həlli üçün 60 gün vaxt verib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət