Dərc edildi: Baxış sayı: 555
Avropa aviaşirkətləri Çinə uçuşları dayandırır
"Air France" aviaşirkəti 31 yanvar 2020-ci il tarixindən başlayaraq "bu istiqamətdə tələbin azalması səbəbindən" Vuhana uçuşların dayandırıldığını elan edib.
Trend-in məlumatına görə, şirkət Şanxay və Pekinə aviareysləri məhdud sayda davam etdirəcək.
Yanvarın 29-da "British Ariways" və "Luthnansa" Çinin bu bölgəsinə uçuşların dəyandırılmasını, "Finnair" və "American Airlines" aviaşirkətləri isə reyslərin məhdud sayda davam etdiriləcəylərini bildirib.
Çin ötən ilin dekabr ayının 31-i Ümumdünya Səhiyyə Təşkilatına Uhan şəhərində yeni növ virusun yayılması barədə məlumat verib. Mütəxəssislər daha sonra virusun yeni növ koronavirus olduğunu müəyyən ediblər.
Qeyd edək ki, Çində yeni növ koronavirusdan ölənlərin sayı 132 nəfərə, yoluxanların sayı ilə 5974 nəfərə çatıb. Çindən əlavə yoluxma halları Tailand, Yaponiya, Cənubi Koreya, ABŞ, Kanada, Vyetnam, Sinqapur, Nepal, Fransa, Avstraliya, Malayziya və Almaniyada da qeydə alınıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət