Dərc edildi: Baxış sayı: 619
Avropa altıncı nəsil qırıcıların hazırlanmasına başlayıb
Avropa altıncı nəsil qırıcıların hazırlanmasına başlayıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Defence blog” portalı yayıb. Yeni nəsil təyyarənin hazırlanması barədə razılaşmanı Fransa Müdafiə naziri Florans Parli və Almaniya Müdafiə naziri Ursula fon der Lyayen imzalayıb.
Razılaşmaya əsasən, yeni nəsil təyyarələrin hazırlanması ilə Fransanın “Dassault Aviation” və “Eyrbus” şirkətlərinin məşğul olacağı, sonradan isə bu işə digər Avropa kompaniyalarının da qatılacağı vurğulanıb.
Yeni təyyarələrin “Rafale” və “Tayfun” təyyarələrini əvəz edəcəyi açıqlanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət