Slimfit
  1. AZƏRBAYCAN

Avroliqanın finalı “New York Times”da - Məqalədə Qarabağ münaqişəsinə də yer verilib

Avroliqanın finalı “New York Times”da - Məqalədə Qarabağ münaqişəsinə də yer verilib
Sakura

Avroliqanın finalı “New York Times”da - Məqalədə Qarabağ münaqişəsinə də yer verilib

Mayın 29-da Bakıda keçiriləcək Avropa Liqasının final qarşılaşması New York Times saytının da gündəmindədir. Sayt, xüsusən finalın iştirakçılarından olan Arsenalın erməni futbolçusu Henrikh Mxitaryanın siyasi səbəblərdən Bakıya gəlməyəciyi və Dağlıq Qarabağ probleminə yer verib. Məqalədə bildirilir ki, erməni futbolçunun Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərlərinə baxmayaraq  Azərbaycan hökuməti 29 mayda "Çelsi"yə  qarşı finalda oynamasına etiraz etməyəcəyini  söyləmişdi. Buna baxmayaraq, Azərbaycan və Ermənistan arasında mövcud olan gərginlikdən   Azərbaycana səfər etməyəcəyini söylədi. Məqalədə həmçinin, Azərbaycanın ərazisi olan Dağlıq Qarabağın 1994-cü ildə əldə olunmuş atəşkəsdən sonra Ermənistanın dəstək verdiyi etnik erməni silahlı qüvvələrinin nəzarətində olduğu, əraziyə qonşu olan bir sıra rayonlara da etnik ermənilərin nəzarət etdiyi bildirilir. Müəllifin sözlərinə görə, konfliktin tənzimlənməsi üçün göstərilən beynəlxalq səylər heç bir nəticə verməyib. Qeyd edək ki, Xarici İşlər Nazirliyin mətbuat katibi Leyla Abdullayeva bildirib ki , Ermənistanın Xarici İşlər Nazirliyinin Arsenal futbol klubunda erməni əsilli oyunçuların Bakıya gəlməyəcəyi haqqında bəyanatı Ermənistanın daxili siyasi problemləri səbəbindən idmanı siyasi alətə çevirmək cəhdinin sübutudur.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Arılar heç vaxt yatmır.

Redaktor seçimi

SON XƏBƏRLƏR