Avroliqanın finalı ərəfəsində azarkeşlərin daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək…
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi gücləndirilmiş iş rejiminə keçib.
Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.
Onun sözlərinə görə, qurum mayın 20-dən 30-dək gücləndirilmiş rejimdə çalışacaq: "Martın 19-da kordinasiya şurası yaradılıb. Şuraya Bakı Nəqliyyat Agentliyi rəhbərlik edir. Yarış ərəfəsində azarkeşlərin rahat və təhlükəsiz daşınması üçün 12 məntəqədə 450 avtobus fəaliyyət göstərəcək. Bakı Beynəlxalq Hava Limanına çarter reysi ilə gələn "Çelsi" və "Arsenal" azarkeşləri üçün 40 marşrut avtobusu ayrılıb".
Qeyd edək ki, mayın 29-da Bakıda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Final oyununda “Çelsi” və “Arsenal” komandaları üz-üzə gələcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət