Dərc edildi: Baxış sayı: 399
2019-cu ildə Bakıda keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib
2019-cu ildə Bakıda keçiriləcək bədii gimnastika və aerobika üzrə Avropa çempionatının vaxtı dəyişdirilib.
Qol.az-ın məlumatına görə, bu barədə qərar Avropa Gimnastika İttifaqının (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Bildirirlir ki, dəyişikliyə səbəb 2019-cu il mayın 29-da Bakıda Avropa Liqasının final oyununu keçirilməsidir.
Bədii gimnastika üzrə Avropa çempionatı öncədən nəzərdə tutulduğu kimi 31 may – 2 iyunda deyil, 16 – 19 mayda təşkil olunacaq. Aerobika üzrə yarışlar isə 24 - 26 mayda keçiriləcək. Daha əvvəl yarış 23 - 25 may tarixlərində nəzərdə tutulmuşdu.
Qeyd edək ki, 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar bu ilin avqustunda (UEG) İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət