Slimfit
  1. İDMAN

“AVRO-2020”nin son dörd iştirakçısının hansı tarixdə müəyyənləşəcəyi bilindi

“AVRO-2020”nin son dörd iştirakçısının hansı tarixdə müəyyənləşəcəyi bilindi
Sakura

“AVRO-2020”nin son dörd iştirakçısının hansı tarixdə müəyyənləşəcəyi bilindi

2021-ci ilə təxirə salınmış “AVRO-2020”nin son iştirakçılarını müəyyən edəcək Millətlər Liqasının pley-off oyunlarının tarixləri dəyişdirilib.

Oxu.Az xəbər verir ki, UEFA-nın quruma üzv olan 55 milli assosiasiyasının baş katibləri ilə bugünkü videokonfransında yığmaların pley-off mərhələsindəki qarşılaşmalarının yeni vaxtı müəyyənləşib.

Bu görüşlər sentyabra təyin olunub. Yarımfinal görüşləri sentyabrın 3-də, finallar isə həmin ayın 8-də keçiriləcək.

Pley-off oyunları
A liqası

İslandiya – Rumıniya
Bolqarıstan – Macarıstan

B liqası
Bosniya və Herseqovina – Şimali İrlandiya 
Slovakiya – İrlandiya

C liqası
Şotlandiya – İsrail
Norveç – Serbiya

D liqası
Gürcüstan – Belarus
Şimali Makedoniya – Kosovo

Qeyd edək ki, pley-off oyunları daha əvvəl 26-31 mart tarixlərində keçirilməli idi. Daha sonra UEFA bu görüşləri koronavirusa görə, iyuna salmışdı. Lakin iyunda bütün yığmaların oyunları ləğv edilib. Buna səbəb həmin tarixlərdə milli çempionatların oyunlarının keçirilməsidir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR