Slimfit
  1. İDMAN

AVRO-2020-nin pley-off mərhələsinin püşkü atılıb

AVRO-2020-nin pley-off mərhələsinin püşkü atılıb
Sakura

AVRO-2020-nin pley-off mərhələsinin püşkü atılıb

Bu gün AVRO-2020-nin pley-off mərhələsinin püşkü atılıb.

Report” xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə Avropa çempionatına son 4 vəsiqə üçün iddia edən 16 komandadan 4-nün hansı rəqiblə və harada oynayacağı bəlli olub.

UEFA Millətlər Liqasının nəticələrinə əsasən, A, B, C və D yolunda yer alan kollektivlər yarımfinal və final oyunlarında iştirak edəcəklər. Qrup qalibləri AVRO-2020-də iştirak hüququ əldə edəcək.

B yolunda yarımfinallarda Bosniya və Herseqovinanın Şimali İrlandiya ilə, Slovakiyanın isə İrlandiya ilə qarşılaşacağı öncədən bilinirdi. Həmçinin Azərbaycan millisinin yer aldığı D yolunda 3-cü qrupun qalibi olan Kosovonun Şimali Makedoniya ilə, Gürcüstanın isə Belarusla görüşəcəyi məlum idi. Gürcüstan - Belarus cütünün qalibi finalda ev sahibi olacaq. 

C yolunda Norveçin Serbiya ilə qarşılaşacağı bəlli idi. Şotlandiyanın rəqibi isə püşkdən sonra müəyyənləşib. Bu, İsrail yığmasıdır. Finalda Norveç - Serbiya cütünün qalibi ev sahibi olacaq. 

A yolunda İslaniyaya Rumıniya, Bolqarıstana isə Macarıstan rəqib olub. İslandiya - Rumıniya cütünün qalibi finalda ev sahibi olacaq. 

Yarımfinallar gələn il martın 26-da, final matçları isə martın 31-də keçiriləcək.

A yolu

İslandiya - Rumıniya

Bolqarıstan - Macarıstan

B yolu

Bosniya və Herseqovina - Şimali İrlandiya

Slovakiya - İrlandiya

C yolu

Şotlandiya - İsrail

Norveç - Serbiya

D yolu

Gürcüstan - Belarus

Şimali Makedoniya - Kosovo

Qeyd edək ki, Avropa çempionatı yarışın 60 illik yubileyi şərəfinə ilk dəfə 24 komandanın iştirakı ilə qitənin 12 şəhərində - Bakı (Azərbaycan), London (İngiltərə), Münhen (Almaniya), Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumıniya), Amsterdam (Hollandiya), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan) və Qlazqoda (Şotlandiya) təşkil olunacaq. Artıq 20 komanda seçmə mərhələ vasitəsi ilə AVRO-2020-yə vəsiqə qazanıb. Bunlar Belçika, İtaliya, İngiltərə, Almaniya, İspaniya, Ukrayna, Fransa, Polşa, İsveçrə, Xorvatiya, Hollandiya, Rusiya, Portuqaliya, Türkiyə, Danimarka, Avstriya, İsveç, Çexiya, Uels və Finlandiyadır.

İyunun 13-də, 17-də və 21-də A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda baş tutacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR