Slimfit
  1. İDMAN

AVRO-2020: Bu gün IX turun son oyunları keçiriləcək

AVRO-2020: Bu gün IX turun son oyunları keçiriləcək
Sakura

AVRO-2020: Bu gün IX turun son oyunları keçiriləcək

Bu gün futbol üzrə 2020-ci il Avropa çempionatının seçmə mərhələsində IX turun son görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, turun üçüncü oyun günündə 4 qrupda 10 qarşılaşma nəzərdə tutulub.

E qrupunda Azərbaycan yığması Uelsi, Xorvatiya Slovakiyanı qəbul edəcək. Uelsə şansını qorumaq üçün mütləq qələbə lazımdır. Xorvatiyaya isə final mərhələsi üçün heç-heçə də kifayətdir.

C qrupunda Almaniya Belarusu qəbul edəcək, Niderland isə Şimali İrlandiyanın qonağı olacaq. Niderland qələbə sayəsində final mərhələsinə yüksələcək. Bu, Almaniyanın da işinə yaraya bilər. Bundestim də qalib gələrək qrupun taleyini həll edə bilər.

G qrupunda mərhələni öncədən təmin etmiş Polşa İsrailin qonağı olacaq. Avstriya isə Şimali Makedoniyanı qəbul edəcək. Meydan sahibləri AVRO-2020-yə vəsiqənin taleyini bu mərhələdə həll etmək ixtiyarındadırlar. Qrupun digər görüşündə hələ nəzəri şanslarını qoruyan Sloveniya xalı olmayan Latviya ilə üz-üzə gələcək.

I qrupunda AVRO-2020-yə vəsiqə qazanmış Rusiya və Belçika ilk pillə uğrunda savaşacaq. "Qırmızı şeytanlar" uduzsa, qrupda ilk xal itkisi ilə üzləşəcək. Qazaxıstan hələ xalı olmayan San-Marinonun, Şotlandiya Kiprin qonağı olacaq.

AVRO-2020

Seçmə mərhələ, IX tur

16 noyabr

C qrupu

23:45. Almaniya - Belarus

23:45. Şimali İrlandiya - Niderland

Xal durumu: Hollandiya - 15 xal (6 oyuna), Almaniya - 15 (6), Şimali İrlandiya - 12 (6), Belarus - 4 (7), Estoniya - 1 (7).

E qrupu

21:00. Azərbaycan - Uels

23:45. Xorvatiya - Slovakiya

Xal durumu: Xorvatiya - 14 xal (7 oyuna), Macarıstan - 12 (7), Slovakiya - 10 (6), Uels - 8 (6), Azərbaycan - 1 (6).

G qrupu

21:00. Sloveniya - Latviya

23:45. Avstriya - Şimali Makedoniya

23:45. İsrail - Polşa

Xal durumu: Polşa - 19 xal (8 oyuna), Avstriya - 16 (8), Şimali Makedoniya - 11 (8), Sloveniya - 11 (8), İsrail - 11 (8), Latviya - 0 (8).

I qrupu

18:00. Kipr - Şotlandiya

21:00. Rusiya - Belçika

21:00. San Marino - Qazaxıstan

Xal durumu: Belçika - 24 xal (8 oyuna), Rusiya - 21 (8), Kipr - 10 (8), Şotlandiya - 9 (8), Qazaxıstan - 7 (8), San Marino - 0 (8).

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR