Slimfit
  1. AZƏRBAYCAN

Auditor palatası şirkətlərə müraciət edib

Auditor palatası şirkətlərə müraciət edib
Sakura

Auditor palatası şirkətlərə müraciət edib

Auditorlar Palatası iqtisadi subyektlərin rəhbərlərinə müraciət edib.

FED.az Palataya istinadən xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq bəzi iqtisadi subyektlər 2018-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidir.

Belə ki, ictimai əhəmiyyətli qurumlar, MMC-lər, səhmdar cəmiyyətləri, Azərbaycan Prezidentinin müvafiq fərmanları ilə yaradılmış səhmdar cəmiyyətləri, o cümlədən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC (“Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyəti), “Azərbaycan Sənaye Korporasiyası” ASC, “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu”, banklar və digər kredit təşkilatları, sığorta təşkilatları və cəmiyyətləri, investisiya fondları, maliyyə-sənaye qrupları fondlar və birjalar, qiymətli kağızların emitentləri, büdcədənkənar fondlar, birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər), təbii inhisar fəaliyyəti subyektləri, publik hüquqi şəxslər, o cümlədən Dövlət İmtahan Mərkəzi, Dövlət Reklam Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Gənclər Fondu, Bakı Nəqliyyat Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Diasporuna Dəstək Fondu, Maliyyə Monitorinqi Xidməti, Əqli Mülkiyyət Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Dənizkənarı Bulvar İdarəsi, Maliyyə Bazarlarına Nəzarət Palatası, siyasi partiyalar, bələdiyyələr və bələdiyyə müəssisələri, və kənd təsərrüfatı kooperativləri 2018-ci il üzrə maliyyə (mühasibat) hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidir.

Auditorlar Palatası bəyan edib ki, bu istiqamətdə hər bir sorğunu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır. Bildirilib ki, iqtisadi subyektlər auditor seçimində müstəqildirlər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR