Dərc edildi: Baxış sayı: 792
“Audi”dən böyük şəhərlər üçün yeni konsept
“Audi” şirkəti Şanxay avtomobil sərgisində gələcəyin avtomobilini nümayiş etdirib.
“Ölkə.Az” xəbər verir ki, “Audi Aİ:ME” konsepti böyük şəhərlər üçün nəzərdə tutulub və elektriklə işləyir. Yüksək informasiya və məlumat-əyləncə sistemləri ilə təchiz edilən avtomobil sərnişinlərin səfər zamanı istədikləri kimi vaxt keçirmələri üçün nəzərdə tutulub. Avtomobil ev və ofislə birlikdə “üçüncü yaşayış sahəsi” kimi tanınacaq.
Elektrik mühərriki 125 at gücü hasil edir. Futuristik bir görünüşə sahib avtomobilin daxili salonu çox zövqlə dizayn edilib. Dörd nəfər üçün nəzərdə tutulmuş avtomobil avto pilot rejimində işləyir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət