Slimfit
  1. MEDİA

ATU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilir

ATU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilir
Sakura

ATU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilir

ATU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilir

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb.

İki günlük konfransın açılış tədbiri Gəncə şəhəri, Heydər Əliyev Mərkəzində baş tutub. Əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin mərkəzin önündə ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Konfransda Azərbaycan Texnologiya Universitetinin rektoru v.m.i.e. dos. Yaşar Ömərov giriş sözü ilə çıxış edərək konfransın mövzusunun aktuallığını diqqətə çatdırıb.

Açılış tədbirində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Bakı Dövlət Universitetinin rektoru prof. Elçin Babayev, İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, AMEA-nın həqiqi üzvü, akademik Əli Abbasov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin department rəhbəri Fatimə Ələkbərova, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin şöbə müdiri Ayaz Museyibov, Azərbaycan Respublikası Kosmik Agentliyinin departament rəhbəri Natavan Həsənova, xarici ölkələrin ali təhsil müəssisələrinin, elmi-tədqiqat institutlarının, sənaye müəssisələrinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri çıxış edərək konfransın işinə uğurlar arzu ediblər.  

Türkiyə, Macarıstan, Polşa, Almaniya, Rumıniya, Gürcüstan, Özbəkistan, Belarusdan, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondundan qatılan elm adamlarının çıxışlarından sonra plenar iclasın məruzələri dinlənilib. Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev, Azərbaycan Respublikası Kosmik Agentliyinin departament direktoru Natavan Həsənova, Qəbələ Konserv zavodunun direktoru Özgür Demirkıran və Türkiyənin On Doqquz May Universitetinin mərkəz direktoru Sedat Akleylek elmin aktual mövzularından bəhs ediblər. 

Konfrans bu gün və sabah 10 istiqamət üzrə bölmələrdə öz işini davam etdirəcək. Bölmələrə xarici universitetlərin elm adamları həmsədrlik edir. Beynəlxalq elmi-praktik konfransa Malayziya, Macarıstan, Hindistan, Avropa və MDB də daxil olmaqla 16 ölkədən məqalə göndərilib. Konfransın məcmuələr toplusuna ümumilikdə 721 məqalə  daxil edilib. Onlardan 220-si xarici elm adamlarının məqalələridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR