Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Baş Konfransının növbəti sessiyası başlayıb
Avstriyanın paytaxtı Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyası başlayıb.
DGK-dən Trend-ə verilən məlumata görə, sessiyada nüvə təhlükəsizliyi, radiasiya təhlükəsizliyi, eləcə də tullantılarla rəftar və daşınma qaydaları sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, fiziki nüvə təhlükəsizliyi, Texniki Əməkdaşlıq Sahəsində Agentliyin fəaliyyətinin gücləndirilməsi və digər məsələlər müzakirə olunacaq.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov da iştirak edir.
Bu müzakirələr DGK ilə AEBA arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət