Slimfit
  1. CƏMİYYƏT

Atmosferə tullantı atan müəssisənin direktoru cəzalanıb

Atmosferə tullantı atan müəssisənin direktoru cəzalanıb
Sakura

Atmosferə tullantı atan müəssisənin direktoru cəzalanıb

Sumqayıt şəhərində yerləşən “Baku Non Ferrous and Foundry Company” MMC-nin fəaliyyəti zamanı havaya qatı tüstünün yayılması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb. 

Araşdırma zamanı sözügedən müəssisədə quraşdırılmış qaztəmizləyici qurğunun işləmədiyi və nəticədə atmosferə normadan artıq tullantı atıldığı müəyyən edilib. Bunu Xidmətin rəis müavini Ramal Bağırov bildirib.

“Faktla bağlı müəssisənin istehsalat üzrə direktoru Xaliq Mahmudov barəsində protokol tərtib edilib və o, 3000 manat məbləğində cərimə olunub. Müəssisədə yeni qaztəmizləyici qurğunun quraşdırılması üçün MMC-yə icrası məcburi olan “məcburi göstəriş” verilib”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR