Dərc edildi: Baxış sayı: 173
Atəşkəs çağırışına baxmayaraq, İsrailə silah-sursat göndərmək istəyir
Co Bayden administrasiyasının Fələstin-İsrail münaqişəsində atəşkəslə bağlı çağırışlarına baxmayaraq, ABŞ İsrailə on milyonlarla dollar dəyərində müxtəlif silah-sursat göndərməyi planlaşdırır.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti yazıb.
Məlumata görə, silah-sursat göndərilməsi ilə bağlı müqavilə hələ ki ABŞ administrasiyası tərəfindən nəzərdən keçirilir. Saziş daha sonradan ABŞ Konqresi tərəfindən də təsdiq olunmalıdır.
Bildirilir ki, sursat göndərilməsinin nəzərdən keçirilməsi İsrailin Rəfah şəhərində hərbi əməliyyata hazırlaşması fonunda baş verir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət