Cəbhəyə ən yaxın məktəbimiz
Tərtər rayonunun Qapanlı kəndi təmas xəttinə ən yaxın məsafədə yerləşən ucqar kəndlərdəndir. Qapanlı kənd orta məktəbi isə düşmən mövqeyləri istiqamətindəki sonuncu orta təhsil müəssisəsidir.
Əvvəllər Qapanlı kəndində kiçik bir otaq məktəb kimi fəaliyyət göstərirdi. 1932-ci ildə kolxoz quruculuğu zamanı kənd sakini Ağa Qarayev Qapanlıya bitişik Qaradağlı kəndinin yaradıcılıq klubunda dərslər təşkil edir. Klubdakı dərs otaqlarının sayı ilbəil artırılaraq, məktəbə çevrilir. Kənddə təhsilli insanlar az olduğu üçün ilk illərdə kənardan müəllimlər dəvət olunur.
Hazırda Qapanlı kənd tam orta məktəbi Qaradağlıda yerləşir.
AzEdu.az Tərtər rayonunun Qapanlı kəndindən hazırladığı “Haradan başlanır vətən?” adlı sənədli filmi təqdim edir:
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət