Dərc edildi: Baxış sayı: 1129
Atatürkün dəfn edildiyi anın görüntüləri ortaya çıxdı
Türkiyə Cümhuriyyətinin qurucusu, öndər Mustafa Kamal Atatürkün vəfatından 15 il sonra inşası tamamlanan Anıtqəbirə nəşinin daşınması ilə bağlı görüntülər yayılıb.
Kult.az xəbər verir ki, İstanbulda Dolmabaxça sarayında dünyasını dəyişən Atatürkün tabutu Türkiyə bayrağı ilə örtülmüş şəkildə sözügedən sarayda mərasim salonuna gətirilir.
Öndərin cənazəsi 20 noyabr 1938-ci ildə Ankaraya göndərilib, ertəsi gün isə təşkil edilən tədbirlə Ankara Etnoqrafiya Muzeyinə gətirilib. Onun cənazəsi 1953-cü ilin 10 noyabrında Anıtqəbirə gətirilərək əbədi torpağa tapşırılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət