Slimfit
  1. TÜRKİYƏ

Atatürkün bu görüntüləri ilk dəfə yayımlandı

Atatürkün bu görüntüləri ilk dəfə yayımlandı
Sakura

Atatürkün bu görüntüləri ilk dəfə yayımlandı

Türkiyə Respublikasının qurucusu, böyük siyasi xadim Mustafa Kamal Atatürk və dönəmin baş naziri Cəlal Bayarın birlikdə olduqları ilk video yayımlanıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəngləndirilən və restavrasiya edilən videoda 1935-ci ildə çəkilmiş görüntülər əks olunub.

Kadrlarda Atatürk və Bayarın birlikdə qatarda səyahət etdiyi, heyət halında qatardan enən siyasi xadimlərə qarşılanma mərasimi hazırlandığı əks olunub.

Qeyd edək ki, Cəlal Bayar müxtəlif illərdə nazir, komitə sədri, baş nazir və ölkə prezidenti kimi vəzifələrdə olmuş, 1960-cı ildə inqilab zamanı həbs edilmiş, daha sonra sərbəst buraxılmış, 1986-cı ildə isə 103 yaşında vəfat edərək yaşayan ən yaşlı siyasətçi kimi tarixə düşmüş siyasi xadimdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR