Slimfit
  1. HƏRB

“Atatürk-2019” hərbi təlimlərinə 1000 nəfər şəxsi heyət cəlb olunub

“Atatürk-2019” hərbi təlimlərinə 1000 nəfər şəxsi heyət cəlb olunub
Sakura

“Atatürk-2019” hərbi təlimlərinə 1000 nəfər şəxsi heyət cəlb olunub

Azərbaycan və Türkiyə Respublikalarının hərbi sahədə olan əməkdaşlıq sazişinə əsasən, “Mustafa Kamal Atatürk 2019” adlı taktiki təlim keçirilir.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Azərbaycan tərəfindən təlimin rəhbəri olan polkovnik İlqar Lətifov deyib.

O, rəhbərlik tərəfindən qoyulan tapşırıqlardan birinin hər iki dövlətin ordusunun qarşılıqlı fəaliyyətinə əsaslandığını bildirib:

“Təlimin mövzusu hər iki dövlətin ordusunun taktiki qruplarının irəliləyərək, müdafiə olunan düşmən ordusunun üzərinə hücuma keçməsi, onu darmadağın etməsi, yüksəkliklər və ərazi qismini ələ keçirərək möhkəmlənməkdir.

Təlimlərdə hər iki tərəfdən 1000 nəfərdən çox şəxsi heyət, 60-a yaxın böyük texnika, 30 artilleriya qurğusu, 20-ə yaxın döyüş helikopteri istifadə olunur”.

Türkiyədən gələn 85 nəfərlik qrupun komandiri Murad Dirik birgə təlimlərin Azərbaycanla Türkiyə arasındakı qardaşlıq bağına işarə olduğunu deyib:

“Azərbaycan Silahlı Qüvvələrinin Ordusunun bizə göstərdiyi münasibətdən məmnunuq.
Bu, dostluğumuzun, qardaşlığımızın köklərinin çox qədim zamanlara söykəndiyinə, qardaşlıq bağımıza işarədir.

Təlimlər iki ölkə əsgərlərinin ortaq işləyə bilməsi üçün önəmlidir”, - deyə o qeyd edib.

Qeyd edək ki, mayın 1-də başlayan təlimlərə bu gün yekun vurulacaq.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşada Molla Pənah Vaqifin ağacdan oyma heykəli -1985-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR