Dərc edildi: Baxış sayı: 496
Atambayevin həbsinə hazırlıq gedir: Toxunulmazlığı ləğv edildi
Qırğızıstan parlamenti eks-prezident Almazbek Atambayevin toxunulmazlığını ləğv edib.
Axar.az xəbər verir ki, bu barədə qədər parlamentin bugünkü iclasında qəbul edilib. Atambayevin statusunun ləğvinə parlamentin 110 deputatından 103-ü səs verib.
Qeyd edək ki, bundan öncə Qırğızıstan parlamenti Atambayevə qarşı bir sıra ittiham irəli sürüb və onunla bağlı hazırlanmış xüsusi sənədi Baş Prokurorluğa göndərib. Parlamentarilər Atambeyvi korrupsiyada, qanunsuz torpaq transformasiyasında, kriminal avtoritet Əziz Batukayevi qanunsuz azad etməkdə ittiham ediblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət