Slimfit
  1. AZƏRBAYCAN

AT GÜCÜ HAQQINDA

AT GÜCÜ HAQQINDA
Sakura

At gücü (az: a.g.; ing: hp; alm: PS; fr: CV) - sistemdənkənar güc vahidi.

Beynəlxalq vahidlər sistemində, rəsmi olaraq güc ölçüsü – vattdır.

İngilis ölçü sistemində güc ölçü vahidi saniyədə funto - fut hesab olunur, amma əslində İngiltərədə artıq istifadə edilmir, ABŞ-da isə olduqca nadir hallarda istifadə olunur.

Beynəlxalq Metrologiya Təşkilatı (BMT) öz tövsiyələrində metrik at gücünə "hal-hazırda istifadə edildiyi yerdən mümkün qədər tez dövriyyədən çıxarılmalı və istifadə edilmədiyi halda daxil edilməməli olan ölçü vahidləri" olaraq istinad edir.

TARİXİ

At, qədim dövrlərdən insanlar tərəfindən qoşqu heyvanı kimi istifadə edilmişdir. XVIII əsrdə atların əməyinin müşahidələrinə əsaslanaraq uzun iş zamanı atın hansı faydalı gücə malik olduğunu göstərən hesablamalar aparıldı. Beləliklə, Dezaqyüle (Desaguille) at gücünü 103 kqg-m/s, Smiton (Smeaton) 53 kqg-m/s, Tredhold 64 kqg-m/s, Uatt (Watt) 76 kqg-m/s səviyyəsində müəyyən etdi.

QEYD: kqg – kiloqram güc deməkdir

Təxminən 1789-cu ildə şotlandiyalı mühəndis və ixtiraçı Ceyms Vatt (James Watt), neçə ədəd atın onun buxar maşınlarını əvəz edə biləcəyini göstərmək üçün "at gücü" terminini istifadə etdi. Geniş yayılmış əfsanəyə görə, Vattın qurduğu ilk buxar maşınlarından biri Uitbriddə (Whitbrid) bir ingilis pivə zavodu üçün idi. Bu zavodda, buxar maşınları tətbiq olunmazdan əvvəl atlar tərəfindən su vurulurdu; maşının ölçüsünü müəyyənləşdirmək üçün maşının dəyişdirməli olduğu işləyən atların gücünü tapmaq lazım idi. Təcrübə üçün, zavodun sahibi olan pivəçi işləyən atların ən güclüsünü seçdi və onu 8 saat, tam güclə, qamçının daimi zərbələri altında su çıxartmağa məcbur etdi; sonra at çıxarıldı və pivəçi çıxarılmış suyun miqdarını hesablamağa başladı. 8 saat davam edən iş zamanı atın 2.000.000 kiloqram suyu bir metr yüksəkliyə qaldırdığı və bu saniyədə 75 kiloqram təşkil etdiyi ortaya çıxdı.

O dövrdə İngiltərədə kömür, su və insanları şaxtalardan qaldırmaq üçün 140,9-dan 190,9 litrə qədər olan çəlləklərdən istifadə olunurdu. Tipik çəllək ağırlığına əsaslanan yük ilə çəllək həcm vahidi (ing. barrel) mövcud idi (indi də mövcuddur), hansı ki, 380 funt (1 funt = 0.4536 kq), yəni 1 barel = 172.4 kq idi. Blok vasitəsi ilə atılan iplə yalnız iki at belə bir çəlləyi çıxara bilərdi. 8 saat ərzində atın ortalama işçi qüvvəsi onun ağırlığının 15% -ni və ya at çəkisi 500 kq olan 75 kqg təşkil edir. 8 saata belə səylə at 28,8 km sürətlə saatda 3,6 km/saat (1 m/s) gedə bilər.

1882-ci ildə İngilis Elm Assosiasiyasının II Konqresində universal buxar maşınının yaradıcısı Ceyms Vattın şərəfinə adlandırılmış yeni güc ölçü vahidi - vatt (Vt, W) qəbul edildi. Bundan əvvəl, ən çox hesablamalar C.Vatt tərəfindən təqdim edilmiş at gücündən istifadə edilirdi.

MAŞINLARDA TƏYINATI

Minik avtomobilləri üçün gövdədə gücün təyin edilməsi - olduqca nadir bir haldır, lakin yük maşınlarında və traktorlarda daha çox yayılmışdır. Bəzi rus avtomobilləri də daxil olmaqla, Avropa tipli yük maşınlarında at gücü ön oxun təkər oxunun üstündəki kabinədə və ya kabinənin ön hissəsində göstərilir.

Elektrik generatorlarında daxili yanma mühərrikinin gücü HP latın hərfləri ilə, məsələn, 5HP ilə göstərilir. Generatorun elektrik enerjisi, bir qayda olaraq, nəzərə çarpan dərəcədə azdır.

Tərcümə etdi: AVTO KLUB AZƏRBAYCAN klubunun təsisçisi, araşdırmaçı avtoekspert Natiq Nazimoğlu

Mənbə: AvtoKlub Azərbaycan

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR