Slimfit
  1. CƏMİYYƏT

Aşurada qanvermə məntəqələrinin sayı artırılıb - SİYAHI

Aşurada qanvermə məntəqələrinin sayı artırılıb - SİYAHI
Sakura

Aşurada qanvermə məntəqələrinin sayı artırılıb - SİYAHI

Azərbaycanda ötən il Aşura ilə əlaqədar 16 ünvanda keçirilən qanvermə aksiyasının əhatə dairəsi bu il genişləndirilərək 35-ə çatdırılıb.

Bu barədə Ölkə.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata görə, iyul ayının 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunda qanvermə aksiyası keçiriləcək.

 Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Gənclər Fondu, Milli QHT Forumu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə Aşura günündə keçiriləcək aksiyaya könüllü şəxslər, millət vəkilləri, ziyalılar və ictimaiyyət nümayəndələri qatılacaqlar.

Qeyd edək ki, bu il aksiyalar Naxçıvan Muxtar Respublikası daxil olmaqla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin müəyyən etdiyi ünvanlarda (ali təhsil müəssisələri, xəstəxana, məscid və ziyarətgahlar) təşkil ediləcək. Sevindirici haldır ki, İslam dünyası üçün nümunə olan aksiyaya ildən ilə maraq artır, Aşurada qan donorluğu təşəbbüsü cəmiyyətdə geniş dəstək qazanır. Qan vermək sağlamlığımıza faydalı olmaqla yanaşı, hemofiliyalı və talassemiyalı xəstələrin, həmçinin qana ehtiyacı olan insanların həyatını xilas edir

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Mirzə Fətəli Axundzadənin 1850-ci ildə yazdığı "Sərgüzəşti-vəziri-xani-Lənkəran" komediyası Azərbaycan teatrı səhnəsində qoyulmuş ilk dramatik əsərdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR