Dərc edildi: Baxış sayı: 559
Aşura mərasimləri ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq
Aşura mərasimləri ilə əlaqədar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini ilə əlaqədar paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq.
Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən məlumat verib.
Qeyd edilib ki, Bakının bütün məscid və ziyarətgahların ətrafında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədi ilə ərazilərə əlavə polis naryadları cəlb olunacaq: "Dini ayinlərin keçiriləcəyi yerlərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı həyata keçilməklə, müəyyən edilən ünvanlardan kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət