Aşumovanın oğlu Azərbaycanı Avropa Oyunlarında təmsil edəcək
Azərbaycanı Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının atıcılıq üzrə növündə hansı idmançıların təmsil edəcəyi müəyyənləşib.
Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Hafiz Cəfərovun Oxu.Az-a verdiyi xəbərə görə, 22-29 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarınınn atıcılıq növlərində beş idmançımız mübarizə aparacaq.
Bunlar Emin Cəfərov, Nurlana Cəfərova (hər ikisi dairəvi stend atıcılığı), Aydan Camalova (stend atıcılığı), Ruslan Lunyov və Nigar Bağırovadır (hər ikisi güllə atıcılığı).
Onu da bildirək ki, IV İslam Həmrəyliyi Oyunlarında beş qızıl medal qazanmış Ruslan Lunyov 2004-cü ilin Olimpiya mükafatçısı İradə Aşumovanın oğludur.
Qeyd edək ki, daha əvvəl 22-23 iyun tarixlərində keçiriləcək Avropa Oyunlarında iştirak edəcək samboçularımızın adını açıqlamışdıq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət