Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Astma zamanı faydalı olan məhsullar bəlli oldu

Astma zamanı faydalı olan məhsullar bəlli oldu
Sakura

Astma zamanı faydalı olan məhsullar bəlli oldu

Əsasən bitki mənşəli məhsullardan ibarət olan pəhriz astmadan əziyyət çəkənlər üçün faydalıdır və onun simptomlarını yüngülləşdirir. Lakin süd və yağlı məhsullar, əksinə, xəstənin səhhətinə  mənfi təsir göstərə bilər.

“Eurek Alert” nəşri bildirir ki, bu barədə ABŞ-ın Məsul tibb üzrə həkimlər Komitəsinin tədqiqatçıları tərəfindən aparılan araşdırmanın nəticələrində deyilir.

Alimləri ilk növbədə meyvə, tərəvəz, taxıl və yüksək sellüloza tərkibli digər məhsullar maraqlandırırdı.

Aparılan eksperimentlərdən biri göstərdi ki, səkkiz həftə ərzində bitki mənşəli məhsullarla qidalanan astma xəstələrinin əksəriyyətinin dərmanlara ehtiyacı qalmır, simptomlar isə daha zəif ifadə olunurdu. Bir il davam edən başqa bir təcrübə göstərdi ki, bitki mənşəli qida udulan havanın həcmini və ağciyərin digər vacib göstəricilərini artırmağa kömək edir.

Bitki qidalarının tərkibində  iltihabı azaltmağa kömək edən çoxlu lif və antioksidanlar var.  Lakin süd məhsulları və doymuş yağlarla zəngin məhsullar isə təhlükəli ola bilər, belə ki, onlar iltihabın səviyyəsini yüksəldirlər və bununla da xəstənin vəziyyətini ağırlaşdırırlar.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR