Slimfit
  1. MEDİA

ASTARANIN TANINMIŞ MÜƏLLİMİNƏ YARADILAN ƏNGƏL ARADAN QALXDI

ASTARANIN TANINMIŞ MÜƏLLİMİNƏ YARADILAN ƏNGƏL ARADAN QALXDI
Sakura

ASTARANIN TANINMIŞ MÜƏLLİMİNƏ YARADILAN ƏNGƏL ARADAN QALXDI

 

“Astaranın Gənc Alimləri” təşkilatı xəbər verir ki, rayon təhsilində gündən-günə artan problemlərdən biri öz həllini tapıb. Belə ki, Burzubənd məktəbinin, artıq bütün ölkədə məşhur olan müəllimi Fuad Mehrəliyevin əmək haqqı məsələsinin çözüldüyü dəqiqləşib. Artıq onun məvacibinin hamsı deyil, qanunda yazıldığı kimi-50 faizi, bank tərəfindən kredit borcu olaraq tutulacaq.

Xatırladaq ki, 2018-ci ildə rüşvətə etiraz etdiyi üçün, Təhsil müdiri Rəşad Həsənovun qəzəbinə tuş gələn və işdən çıxarılıb dəlixanaya saldırılan Fuad müəllim məhz ictimaiyyətin ciddi dəstəyi və özünün hüquqi mübarizə nəticəsində 2 il sonra Astara təhsilinə qayıtmışdı.

İndisə F. Mehrəliyevin məvacibinin, qanuna görə maksimum 50 faizi bank tərəfindən tutulmalı olduğu halda, nədənsə 100 faizi tutulurdu. Bir ailənin maddi olaraq tam əzilməsinə səbəb olan bu hal da aylarca davam etdi. Bankla yanaşı, bu işdə Astara Probasiya və icra xidmətinin səhlənkarlığı olsa da, əsas məsuliyyət təbii ki, RTŞ rəhbəri R. Həsənovun üzərinə düşürdü. Ən azı ona görə ki, rayonun nümunəvi müəllimini 2018-ci ildə işsiz qoyan Təhsil müdiri, bu haqsızlıq nəticəsində dəyən ciddi zərəri kompensasiya etməkdən də boyun qaçırmışdı.

Və… sonra da bu hadisə baş verdi-məzlum müəllimin maaşının 100 faizi tutulmağa başlandı.

Bir sözlə, çox anlaşılmaz və izaholunmaz şəkildə, sözügedən insana qarşı haqsızlıq, hətta işə bərpa olunandan sonra da davam etdi; sanki ondan, işə qayıtmağın qisasını alırdılar…

Bir neçə gün öncə, ciddi etiraz səsini ucaldan Fuad müəllim, Astaranın qəddar və daş ürəkli məmurlarının canına yenidən qorxu salmaqla, öz haqqının bərpasına nail oldu. İkinci dəfə…. Bəli, Problem, məhz “Azadlıq” radiosu vasitəsiylə ictimailəşəndən sonra, bir anda həllini tapdı, sanki heç yoxmuş kimi…. (Link: https://azadliq1.azureedge.net/a/31155104.html)

 

Belə… Bu problemin də həll olması, elə yaranması qədər ilginc və əcaib oldu…

P.S. Əgər Fuad müəllim haqqını tələb etməsəydi, problemi həll də olmayacaqdı.

El içində məşhur olan bir ifadə var: “Ağlamayana pəpə vermirlər”.

Astara məmurları isə “pəpə” vermək bir yana qalsın, olan “pəpə”ni də alırlar, etiraz edəndə qaytarırlar…

 

                                                                                                                           “Astaranın Gənc Alimləri”

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR