Slimfit
  1. AZƏRBAYCAN

Astarada turizm əhəmiyyətli avtomobil yolunun inşası başa çatır

Astarada turizm əhəmiyyətli avtomobil yolunun inşası başa çatır
Sakura

Astarada turizm əhəmiyyətli avtomobil yolunun inşası başa çatır

Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunan yol infrastrukturu layihələri vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir. Ölkəmizdə davamlı xarakter alan avtomobil yollarının tikintisi və yenidən qurulması layihələri Astara rayonunu da əhatə edib.

Milli.Az AAYDA-nın saytına istinadən bildirir ki, Astara rayonunda bu çərçivədə 11 km olan avtomobil yolunun əsaslı şəkildə yenidən qurulması artıq yekunlaşmaq üzrədir. Bu yerli əhəmiyyətli Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yoludur.

Astara rayonu  Ojəkəran- Tüləgüvan- Qaçimardə -Təngərüd  avtomobil yolunun 2 km-lik hissəsi 5 metr enində dağılmış qara örtük, 6.5 km-lik hissəsi 3-4 metr enində çınqıl, qalan 2.5 km-lik hissəsi isə cəmi 3 metr enə malik torpaq örtüklü idi. Payız-qış mövsümündə sözügedən avtomobil yolu ilə vətəndaşların hərəkətində yaşanan problemləri aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən yenidənqurma işlərinə start verilmişdi.

4 yaşayış məntəqəsinin 9.3 min əhalisinin Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi  avtomobil yolunun 226-cı km-nə çıxışına imkan yaradan yerli əhəmiyyətli  Ojəkəran- Tüləgüvan- Qaçimardə -Təngərüd avtomobil  yolu hazırda IV texniki dərəcəyə uyğun inşa edilir. Hər bir istiqamət üzrə 2 metr enində çiyin hissələr və 6 metr enində hərəkət hissə daxil olmaqla yolun torpaq yatağının eni 10 metr təşkil edir..

Bunun üçün yol boyu 10 min kub.m həcmdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirilib, 84 min kv.m sahədə yolun profilə salınması işləri görülüb və yeni yol yatağı inşa olunub. Ardınca yol əsasının alt layının qum-çınqıl, üst layının isə optimal-qırmadaş qarışıqları ilə təqribən 94 min kv.m sahədə tikintisi aparılıb.

Bundan başqa tikinti layihəsi çərçivəsində yolun altından suların ötürülməsi məqsədi ilə 500 və 750 mm diametrli 80 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb, 10 paqon-metr uzunluğa malik 1 ədəd dördbucaqlı su keçidi inşaı edilib, zəruri olan yerlərdə 100 kub.m həcmdə istinad divarları və 62 kub.m küvetlərin dəmir-betonla tikilməsi işləri də aparılıb.

Texnoloji ardıcıllığa uyğun olaraq 68 min kv.m sahədə 2 laydan ibarət 12 sm qalınlıqda iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də başlanılıb. Asfaltlanma işlərinə paralel olaraq 16.5 min kv.m sahədə çiyin hissələrinin bərkidilməsi işləri də görülür. 

Tikinti işlərinin sonuncu mərhələsində hərəkətin normal təşkili üçün yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirkləri quraşdırılacaq, həmçnin yolcizgi və yolgöstərici xətlər çəkiləcək. 

Yenidənqurma işləri mövcud tikinti norma və standartlarına uyğun, texnoloji ardıcıllıqla və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun yaxın aylarda başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır. 

Qeyd edək ki, Ojəkəran-Tüləgüvan-Qaçimardə-Təngərüd avtomobil yolunun yenidən qurulması ilə gediş-gəliş rahatlaşacaq, yük və sərnişin daşıması isə asanlaşacaq. Bundan başqa yolun keçdiyi ərazilər boyu yerli əhalinin sosial rifah halına müsbət təsir göstərən sitrus meyvələrinin yetişdirilməsinin artması ilə kənd təsərrüfatının, həmçinin turizmin inkişafı və yeni turizm marşrutlarının yaranması da hədəflənir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR