Astarada sel körpüləri dağıtdı: kəndlərlə əlaqə kəsildi
Ens.az Axar.az-a istinadən xəbər verir ki, ötən gecədən başlayan leysan xarakterli yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb.
Nəticədə Vaqo kəndində yerləşən körpünü sel aparıb. Pensər-Toradi yolunda isə çökmələr baş verib. Yol qəzalı vəziyyətə düşdükdən sonra 10-dan artıq kəndin rayonla əlaqəsi kəsilib.
Pensərçayın daşması nəticəsində də bir neçə kəndlə əlaqə kəsilib, sel suları həyətlərə dolub.
İlkin məlumatlara görə, artıq bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.
Lənkəranda da Lənkəran çayının maksimum səviyyəyə qalxması müşahidə olunur. Artıq bir neçə istiqamətdə su məcrasından çıxaraq həyətlərə dolmaqdadır.
Hazırda bölgədə intensiv yağış davam edir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət