Slimfit
  1. MARAQLI

Astarada armudabənzər limon yetişdirilir

Astarada armudabənzər limon yetişdirilir
Sakura

Çəkisi 1 kiloqram

Astara rayonunun Şiyəkəran kənd sakini Zəbiəli Əliyev həyətində armudabənzər limon yetişdirib.

Xezerxeber.az-ın məlumatına görə, zəngin tərkibə malik olan bu limonun çəkisi 1 kiloqramdır.

Təsərrüfat sahibi deyir ki, bu növü Özbəkistandan gətirib. Sonra isə calaq üsulu ilə artırmağa başlayıb. Bir ağac ildə 150-160 limon gətirir.

Qiymətlərə gəlincə isə, adi limonun 1 ədədi 30-50 qəpikdirsə, armudabənzər limonun qiyməti digərlərindən çox fərqlənir.

Fermer bildirir ki, bu limonun meyvələri qabığı qalın olduğu üçün şaxtaya daha davamlıdır. Ağacı isə yerli şəraitə uyğunlaşmaq baxımından əlverişlidir. Ona görə də bu növdən respublikanın ayrı-ayrı bölgələrindəki tanışlarına verib.

Yeni sort olan limonun başqa bir özəlliyi odur ki, yerli limonlar mövsümə uyğun olaraq ildə bir dəfə bar verirsə, Özbəkistandan gətirilən limon növü isə il boyu ardıcıl olaraq bar verməyə malikdir.

Zəbiəli Əliyev növbəti illərdə təsərrüfatında bu limon növünü daha da artırmağı və kütləvi satışını təşkil etməyi planlaşdırır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir stolda ən çox yemək növü - Çinin Uxan şəhərində yeni il qeyd edərkən stolda fərqli 8146 yemək

Redaktor seçimi

SON XƏBƏRLƏR