Dərc edildi: Baxış sayı: 854
Aşqabadda arzu edənləri suda batmayan rəsm çəkməyə öyrətdilər
Türkmənistan paytaxtındakı incəsənət muzeyində ebru -Türk rəsm texnikasının ustad dərsləri("master-klas") keçirilib.
Moderator.az xarici İslam saytlarına istinadla xəbər verir ki, Aşqabad sakinləri ilə su üzərində şəkil şəkmənin sirlərini tanınmış rəssam Kubilay Eralp Dinçer və onun şagirdi Nilüfer Mutlu paylaşıb. Muzeyin salonu ebru texnikasıyla yaradılmış əsərlər kolleksiyasıyla bəzədilib.
Kubilay Eralp Dinçer 2006-cı ildən bu sənətin təbliği ilə məşğul olan peşəkar ebru-rəssam kimi fəaliyyət göstərir.
Ebru sənətində rəsmin yaradılması üçün bir səth olaraq su xidmət edir. Boyaların suya qarışmaması və batmaması üçün onlara heveya(Braziliyada qabığından axan süddən kauçuk da hazırlanan qəribə ağac) məcunu əlavə edilir. Boyalar səthə yayılmağa başlayır və sənətkar zərif çubuqların köməyi ilə onlara istədiyi görünüş verir.
Xatırladaq ki, su üzərində rəsm çəkilməsi üsulu hələ 7-ci əsrdə Türkiyədə meydana çıxıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət