AŞPA-da ermənilərin Tovuz təxribatı ilə bağlı məsələ müzakirə ediləcək
“Biz Ermənistanın iyul ayında Tovuz istiqamətində təxribatı ilə bağlı iyul ayından başlayaraq bütün beynəlxalq təşkilatlara o cümlədən, Avropa Şurasına geniş məlumatlar göndərmişik. Bu məsələ AŞPA-nın iki komitəsində ciddi şəkildə müzakirə olunacaq”.
Ens.az xəbər verir ki, bunu “Report”a Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
O bildirib ki, AŞPA-nın Monitorinq və Siyasi komitəsinin gündəliyində artıq bu məsələ var:
“Ermənistan tərəfindən davam etdirilən təxribatlar Azərbaycan tərəfinin ciddi reaksiyalarına səbəb olub. Bu reaksiyaların nəticəsi kimi biz qeyri-qanuni məskunlaşma ilə bağlı bütün beynəlxalq təşkilatlara o cümlədən, Avropa Şurasına müraciət etmişik. Hesab edirəm ki, bu məsələ də aktuallaşmalıdır”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət