Dərc edildi: Baxış sayı: 671
Asiyanın ən zəngin insanının adı açıqlandı
“Reliance Industries” şirkətinin həmtəsisçisi Mukeş Abmani Asiyanın ən zəngin insanı elan edilib.
Oxu.Az “Bloomberg”ə istinadla xəbər verir ki, o, “Alibaba Group”un təsisçisi Çek Manı arxada qoyub.
Abmaninin var-dövləti $44,3 mlrd, Manınkı isə - $44 mlrd təşkil edir.
Abmani yaxınlarda “Reliance Industries”in 2025-ci ilə qədər 2 dəfə inkişaf edəcəyini proqnozlaşdırıb. Onun fikrincə, bu, genişzolaqlı 4G İnternetinə çıxışı təmin edən “Jio” servisi hesabına mümkün olacaq.
Müəllim oğlu olan Ambani Hindistana poliesterin idxalı hesabına zənginləşib. 2000-ci illərin əvvəlindən şirkət mobil kommunikasiyalarla məşğul olmağa başlayıb, sonralar isə fəaliyyətini neft-qaz sahəsinə də genişləndirib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət