Slimfit
  1. ƏDƏBİYYAT

Aşıq Xəlil - Olar

Aşıq Xəlil - Olar
Sakura

Aşıq Xəlil - Olar

Əyər heç baxmasan şeytan sözünə,
Heç vaxt peşmançılıq düşməz izinə.
Dari cənnət açıq olar üzünə,
Nicat qapıları taybatay olar.

Hər kim ki, pirana dönüb baş əyməz,
Onun insanlığı quruşa dəyməz.
Yüz çalışa, həyatda xoş gün görməz,
Bir şagird ki, ustadına lay olar.

Halalın kamalı başdan əksilməz,
Bədəsil boy atıb, mənzilə yetməz.
Zay toxum torpaqda məhsul bitirməz,
Zinadan törəyən övlad zay olar.

Qənaət gözəldir, bacarsan əyər,
O da bir qazancdır, öyməyə dəyər.
Onu bacarmasan dərya tükənər,
İstəsən gəlirin axar çay olar.

Atanın, ananın qədrini bilsən,
Yerində ağlayıb, yerində gülsən,
Haqqın dərgahına hər an baş əysən,
Xoşbəxtlik Xudadan sənə pay olar.

Aşıq Xəlil, çox öyünmə, qəmin kəm,
Əzəldən möcüzə yaranır aləm.
Kimisi kef çəkər, kimi udar qəm,
Kimi bəd əməlindən urusvay olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR