Dərc edildi: Baxış sayı: 522
Aşıq Xankişi - Düşüb
Ağır bir el idi Şamlı elləri,
İndi köçüb hərə bir yana düşüb.
Yurd yiyə çağırıb, ağlayır indi,
El Hacıqabula, Salyana düşüb.
Çay qırağı mələşirdi sürülər,
Burda atlaz don geyərdi hurilər.
Toy-düyündə sevişərdi pərilər,
Səd heyif, qəriblik payına düşüb.
Xınalı kəkliyin gəlməyir səsi,
Aşıqlar meydanda eləmir bəhsi.
Yaddan çıxıb Koroğlunun nərəsi,
O ağır yığnaqlar miyana düşüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət